USAME BİN LADENƏ TƏŞƏKKÜR

Səxavət Talıblının ,,Adəmin övladları "əsərini oxuyub, bitirdim. Amma deyim ki, əsərin hələ də təsirindən çıxa bilmirəm. Bu gün də əbədi ağrımız olan Xocalı faciəsinin 25 illiyi və əsərdə ermənilərin əsirlərimizə verdikləri vəhşi işgəncələr üst-üstə düşmüşdü, içimdə baş qaldıran ağrılar, qisas hissi gün boyunca məni buraxmadı. Düzü əsərin adından dini mövzuda, peyqəmbərlərdən bəhs edəcək bir roman olduğunu düşündüm. Amma oxuduqca aydın olur ki, o Adəmin, Adəmin övladları ilə heç bir əlaqəsi yoxmuş. Əsəri oxuduqdan sonra məndə yaranan təəssüratlarımı sizlərlə bölüşməyi özümə borc bildim, ən azından bir Adəm övladı olaraq. 

 Səxavət Talıblının ,,Adəmin övladları" əsəri bədii- fəlsəfi , islam və xristian məfkurəsi baxımından milli arqumentləri qoruyub dəyərləndirən , uzaq və yeni tarixin sintezindən ibarət olan dəyərli bir əsərdir. Əsərdə qabarıq nəzərə çarpacaq nüanslardan biri, rusların Əfqanıstanda törətdikləri vəhşiliklər və eyni vəhşiliklərin on qat artıgının erməni daşnaqlarının azərbaycanlı əsirlərə, dinc əhaliyə qarşı törətdikləri cinayətkar əməllərdir. Əsərdə müəllif, Şamo adlı Sumqayıtda dogulub yaşamış etmənin Əfqanıstanda taliban döyüşçülərinə qoşulmasını və bununla da ermənilərin satqın, yalançı, xain olduqlarını bütün çılpaqlıgıyla yenidən ortaya qoymaga müəssər olmuşdur. ,,Adəmin övladları" n oxuduqca, kövrəldiyim, qürurlandıgım, qəzəbləndiyim və hətta minnətdarlıq duydugum anlar oldu. Qəhrəmanımız Səmədin yaşadıgı ömrü, keçdiyi keşməkeşli həyat yolunu müəllif çox ustalıqla qələmə almışdır. Əsərdə ən təsirli səhnələrdən biri, dünyanı adıyla lərzəyə gətirən Usame bin Ladenin Səmədi əhv etməsi səhnəsidir. Təsəvvür edin, hər əsəri oxuyan insan, mütləq ki, Bin Ladenə ürəyində də olsa, təşəkkürünü bildirmədən keçə bilməz... Bizdə belə bir fikir formalaşıb ki, nəzmdən nəsrə, eləcə də əksinə, nəsrdən nəzmə keçmək ugurlu alınmır. Mənim fikrimcə, nəzmdən nəsrə keçid, nəsrin bədii ifadə vasitələrini daha da qabarıq və zənginliyini biruzə verməmiş deyildir. Və bu fikrimin təsdiqini, qəzəlxan şair Səxavət Talıblının ,,Adəmin övladları" əsərində gördüm. ,, Tumurcuqlar dogum ayagındaydılar, hamilə pöhrələr agrı çəkir, başını budaqdan- budaga vururdular. Təzəcə dogulmuş yarpaqlar bələkdən çıxıb əl qol atır, şıltaqlıq edirdilər. Amma bahar yorgun görünürdü......" 

 Bu əsəri oxumaq azərbaycanlı kimi hər birimizin borcu , müsəlman olaraq isə, hər birimiz üçün vacibdir....