Zinəddin Zidan ötən ayın ən yaxşısı oldu

Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan mükafatla təltif edilib.

Sabahinfo.az Apasport.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis La Liqada aprel ayının ən yaxşı baş məşqçisi seçilib.

Qeyd edək ki, Zidanın başçılığı ilə "kral klubu” biri "El Klasiko” olmaqla, aprel ayında keçirdiyi 6 oyunun hamısından qalib ayrılıb. 
Bu müddətdə komanda 18 qol vurub, öz qapısında isə 4 qol görüb.