Gədəbəy rayonunda “Məişət zorakılığı və erkən nigaha son!”- ailə dəyərlərinin təbliği adlı tədbir keçirildi

Sosialmedia.az xəbər verir ki, “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən “Məşət zoraılığı və erkən nigaha son!”- ailə dəyərlərinin təbliğinin təşkili layihəsinin icrasını davam edir.

Layihə üzrə ilk tədbir Gədəbəy rayonunda baş tutub. Gədəbəy rayon Heydər Əliyev Mərkəzində“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məşət zoraılığı və erkən nigaha son!”- ailə dəyərlərinin təbliği adlı tədbir keçirib.

Bu barədə Cebhe.info-ya Birliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbir şəhidlərimizin ruhunu yad etməklə başlayıb. Layihə rəhbəri Könül Verdiyeva iştirakçıları salamlayaraq, layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. İcra hakimiyyəti məsul işçisi Qədir Bağırov layihənin əhməiyyətindən danışdı və layihəni yüksək qiymətləndirdi.

Sonra Tərəqqi sosial-iqtisadi araşdırmalar ictimai birliyinin sədri ,layihənin könullu eksperti İndira Şəmsivari hal hazırda qürurla aparılan antiterror əməliyyatımızdan,ölkəmizdə gedən uğurlu ictimai,siyasi,hərbi proseslərdən,hər zaman qanun layihlərinə edilən dəyişiliklər,bu günki proseslərin,vətənimizin dinamik inkişafının gənclərimizin gələcəyə inamının artmasına rəvac verməsi barədə danışaraq,məişət zorakılığının insan haqlarının pozulmasına,insan həyatına qəsd edilməsinə,sonda bundan körpələrin böyük travmalar alması,valideynsiz,yetim qalmalarına səbəb olduğunu qeyd etmiş,erkən nigahların fəsadlarından,reproduktiv saqlamlığa zidd , fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır.

Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.

peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;

intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin “yükü”nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.

boşanma hallarının sayı artır;

erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;

HİV infeksiyası ilə cinsi istismar riski artır və s.

Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

Sonda çay kofe suftəsində diskussiyslar aparıldı və xatirə şəkili çəkildi.