“Gərək başqa söz tapaydınız” - Spikerdən deputata

“7 fevralda növbədənkənar prezident seçkilərinin keçirilməsi partiyamız üçün vacibdir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib. “Əminəm ki, bu seçkilər ölkəmizə qarşı olan baxıçlara cavab olacaq” deyən R.Nurullayev qeyd edib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi növbəti mərhələ, inkişaf üçün önəmlidir. “İnanıram ki, inkişaf üçün yeni mərhələ yaranacaq. İndiyə qədər olan və bundan sonra olacaq çıxışlarla bağlı deyim ki, seçkilərlə bağlı qərar vermək prezidentin səlahiyyətidir, bizim heç kimin qarşısında izah vermə məcburiyyətimiz yoxdur”.

Spiker Sahibə Qafarova deputatın fikrinə cavab olaraq deyib: “Mən izahat verməmişəm, gərək başqa söz tapaydınız. Mən spiker olaraq həmişəki kimi vacib məqamları çatdırmışam. Mənim çıxışım izahat deyil, digərlərini bilmirəm”./bakivaxti.az