"Getdiyim hər yerdə məğlubiyyətləri müzakirə edirdilər" - Qurban Qurbanov

"Getdiyim hər yerdə futbolu, məğlubiyyətləri müzakirə edirdilər".

Sabahinfo.az xəbər verir ki, bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, mənim üçün futboldan uzaq qalmaq mümkün deyil:

"Həmişə ətrafımda futbol müzakirə olunur. Bunu niyə dəyişmədin, onu niyə etmədin? Başlayanda deyirdilər, düzünü sən bilirsən, amma onu niyə dəyişmədin? Bir neçə yaxınım var ki, mənə motivasiya verirdilər".