"Ginnesin rekordlar kitabı"na düşən ssenarist vəfat etdi

"Vesikalı Yarım", "Dila Xanım", "Tatar Ramazan" və "Doktor Civanım" kimi bir çox kult filminin ssenarisini yazan Safa Önal 92 yaşında dünyasını dəyişib. 

Sabahinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 395 ssenarisi ilə "Ginnesin rekordlar kitabı"na düşən ssenarist və rejissorun ölüm xəbərini Ssenari və Dialoq Yazıçılarının Peşəkar Dərnəyi (SENARİSTBİR) sosial media hesabında bildirib. 

Ustad ssenarist 1973-cü ildə rejissorluğa başlayıb və 40-a yaxın filmə rejissorluq edib. Ssenariləri ilə "Altın Koza", "Altın Portağal" kimi əhəmiyyətli festivallarda bir çox mükafat qazanan Önal həm də şair və aparıcı Sezen Cumhur Önalın qardaşıdır.