Goranboyda 1 hektar sahə yanır - Foto

Goranboy rayonunda qamışlıq sahə yanır.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Qırıqlı kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, açıq ərazidə 1 ha sahədə qamışlıq yanır. Yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Foto: APA