Goranboyda kişi evində ölü tapıldı

Goranboy sakini evində ölü tapılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sabahinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı rayon prokurorluğunda CM-in 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.