Göydəniz Qəhrəmanov: "Elektron siqaretlərin istifadəsi nəzarət mexanizmlərinə daxil edilməlidir"

Deputat: Elektron siqaretlərin istifadəsi nəzarət mexanizmlərinə daxil edilməlidir ​Azərbaycanda elektron siqaretlərin istifadəsi də nəzarət mexanizmlərinə daxil edilməlidir.

Bunu deputat Göydəniz Qəhrəmanov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında bildirib.

"Təəssüf ki, gənclər arasında elektron siqaret istifadəçilərinin sayı kəskin artmaqdadır. Bu məhsulların 50 il sonra insan sağlamlığına hansı fəsadlar törədəcəyi məlum deyil. Bu baxımdan yaş məhdudiyyətinin bir daha nəzərdən keçirilməsi, elektron siqaretlərin, istər nikotinli, istər nikotinsiz siqaretlərin satışının ciddi şəkildə nəzarətdə saxlanılması olduqca vacibdir. Bununla yanaşı, ictimai iaşə yerlərində - kafe və restoranlarda tütün məmulatlarından istifadəyə ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bəzi hallarda mövcud tələblərə əməl edilmədiyini müşahidə edirik", - deyə o qeyd edib.