Göygöl Rayon Mərkəzi Xəstəxanasında xoş gün

Bu gün Göygöl Rayon Mərkəzi Xəstəxanasının Statistika bölmə müdiri Bayramov İslam Abdulla oğlunun ad günüdür. Ömrünün 47 ilini tibb sahəsinə həsr edən, öz işinin peşəkarı olan Bayramov İslam Abdulla oğlunun 70 yaşı tamam olur.

Fəaliyyət göstərdiyi müddət ərzində həm Göygöl Rayon Mərkəzi Xəstəxananın kollektivi arasında, həm də vətəndaşlar arasında böyük sevgi və hörmət qazanmışdır.

Göygöl Rayon Mərkəzi Xəstəxanasının kollektivi olaraq hörmətli həkimimizi ad günü münasibəti ilə təbrik edirik, ona uzun ömür, can sağlığı arzu edirik!

Bayramov İslam Abdulla oğlu 22 Sentyabr 1952-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun İbiş kəndində müəllim ailəsində anadan olmuşdur. 1959-1967-ci illərdə İbiş kənd 8 illik məktəbində,1967-1969-cu illərdə Amasiya kənd orta məktəbində təhsil alaraq orta məktəbi bitirmişdir. 1969 –cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş,1975-ci ildə həmin Universiteti bitirmişdir. 1975-ci ildə Səhiyyə Nazirliyinin Təyinatı ilə Xanlar (indiki Göygöl )rayonunun sanitar –epidemiologiya stansiyasina həkim göndərilmiş 1981-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm Leninizm Universitetinin qiyabi təbliğatçı fakültəsinin tarix bölümündə təhsil almış, 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1984-cü ilin iyunundan Xanlar rayon Profilaktiki Dezinfeksiya bölməsinə müdir təyin edilmiş,1990-cı ilin mart ayından Xanlar Mərkəzi Rayon Xəstəxanası baş həkiminin əhaliyə tibbi xidmət üzrə müavini təyin edilmişdir.1997-ci ilin aprel ayından Göygöl Rayon Mərkəzi Xəstəxanasının tibbi statistika kabinetinin müdiri vəzifəsində işləyir. 1978-ci ildə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstittunda kənd yerlərinin səhiyyəsi ,1991-ci ildə Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitunun səhiyyənin təşkili və idarə edilməsi üzrə təkmilləşdirmə kurslarında olmuşdur.1978-ci ildə Mərkəzi rayon Xəstəxanası ilk komsomol təşkilatının katibi,1984-cü ildən 1991-ci ilədək ilk partiya təşkilatının katibi secilmişdir. 1979-cu ildə Xanlar rayon xalq məhkəməsinin xalq iclasçısı və xalq iclasçıları şurasının sədri seçilmiş,1980-1991-ci ildən 2004- cü ilədək Xanlar rayon Qızıl Aypara Cəmiyyətinin sədri işləmişdir. I Qarabağ müharibəsinin veteranıdır.1988-1994 cü illərdə Qarabağ müharibəsindəki hadisələrin bir çoxunun iştirakçısı olduğu hadisələrlə əlaqədar “Dağlıq Qarabağ fitnəkarlığının Xanlardakı izləri” adlı kitabın müəllifidir.