Göygöl şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasından Bayram sovqatı

Göygöl şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası qarşıdan gələn Novruz bayramı ilə əlaqədar yığıncaq təşkil edib.

Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Sonra Həmkarlar İttifaqının rəhbəri Etibar Bədəlova Göygöl Rayon Mərkəzi Xəstəxanasında çalışan 10 nəfər şəhid ailə üzvlərinə və müharibə iştirakçılarına ərzaq məhsulları təqdim edib.