Günəşdə ardıcıl şiddətli partlayışlar baş verib

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb.

Sabahinfo.az bildirir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb.

Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına daxil edilib. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub.

Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.