Gürcüstanda sürüşmə qurbanlarının sayı 22-yə çatdı

Gürcüstanda Şovi təbii fəlakət zonasında daha bir nəfərin cəsədi tapılıb.

Sabahinfo.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunula da sürüşmə qurbanlarının sayı 22-yə çatıb.

Son məlumatlara görə, 11 nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

Şovidə xilasetmə işləri 9-cu gündür ki, davam edir.