Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı

Gürcüstanın Oni bələdiyyəsindəki Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında bildirilib.

İtkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, təbii fəlakətlə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.