HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Müdafiə Ordusu HƏMAS-ın Beyt Lahia batalyonunun komandiri Nəsim Əbu Ajinanın öldürüldüyünü açıqlayıb.

Sabahinfo.az bu barədə İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.

Bildirilib ki, İsrailə məxsus döyüş təyyarələri HƏMAS-ın Şimal Briqadasının Beyt Lahia Batalyonunun komandiri, oktyabrın 7-də Kibbutz Erez və Moshav Netiv HaAsarada qətliam törətməkdə təqsirləndirilən Nəsim Əbu Ajinanı öldürüb.

O, keçmişdə HƏMAS-ın Aerial Array-a komandanlıq edib, təşkilatın İHA və paraplanların hazırlanmasında iştirak edib.