Hesablama Palatası dövlət qurumunda yoxlamalara başlayıb

Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində yoxlamalara başlayıb.

Bu barədə “Report”a qurumdakı mənbə məlumat verib.

Bildirilir ki, yoxlamalar çərçivəsində Xidmətin ötən illər ərzində cari və investisiya xərclərin monitorinqi aparılır.

Yoxlamalar ümumilikdə iki həftə davam edəcək.