Həsən Ruhaniyə qarşı cinayət işi açıldı

İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bildirib.

Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb. O, valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.