Hicran Hüseynovadan şəhid ailəsinə diqqət

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin leytnantı, tağım komandiri şəhidimiz Əzizov Teymur Əli oğlunun doğum günüdür. Əzizov Teymur 22.06.1987-ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, lakin Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq 06.10.2020- ci il tarixində şəhid olmuşdur.

Əzizov Teymur Əli oğlu ön cəbhəyə gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Əzizov Teymur Əli oğlunun məzarı üzrə gül dəstələri qoyaraq şəhidin xatirəsini yad edib.

Daha sonra isə Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi şəhidimizin ailəsi ilə əlaqə saxlıyaraq dərin hüzünlə baş sağlığı verib, şəhidimizlə qürur duyulduğunu bildirib, hər zaman lazım olan qayğını və dəstəyi bundan sonra da ailəyə gösdərəcəklərini bildiriblər.

Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib. Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir. Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.