Hikmət Hacıyev: “Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq”

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 Yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!”, - deyə H.Hacıyev vurğulayıb.