İcra başçısı həyəcanlanıb

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Məmməd Məmmədovun Azərbaycanın bayrağına hörmətsizlik etməsi ilə bağlı iddialara münasibət bildirib.

İcra başçısının köməkçisi Elşən Mürsəlov Pravda.az-a açıqlamasında bildirib ki, iddialar həqiqətə uyğun deyil. “Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov protokol qaydasına uyğun olaraq, əsgər Mehralı Məmmədovun dəfnində bayrağı onun atası Novruz Məmmədova təqdim edib. Görüntülərdən də aydın olur ki, icra başçısı bir əlində mikrofon tutub, bu məqamda bayrağı veriblər, o da səliqəyə sala bilməyib, tələsib… İnsanıq, həyəcanlı olub. Bu, qəsdən baş verməyib, şişirdiləcək bir şey yoxdur” – E.Mürsəlov qeyd edib.