İki rayona yeni prokuror TƏYİN OLUNDU

Kürdəmir rayonuna yeni prokuror təyin edilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.