Azərbaycan Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırıb, o cümlədən Ermənistana neft məhsullarının təchizatına başlayıb. İki ölkə arasında ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Ümumilikdə regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı mövcud münasibətlərdən bəhs etməklə yanaşı bildirdi ki, artıq Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bunun əyani sübutudur. Prezident İlham Əliyev xatırlatdı ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Amerika Birləşmiş Ştatları Qafqazda sülhə verir. Ölkə başçısı bəyanatında vurğuladı ki, ötən il avqust ayında Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Artıq altı aydır ki, iki ölkə sülh şəraitində yaşayır.
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Xartiyada Amerika Birləşmiş Ştatları- Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri əks olunur. Ölkələrimiz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işləri davam etdirəcələr. Həmçinin TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri