İlham Əliyev Ərdoğanı qələbə münasibətilə bir daha təbrik etdi

"İlk növbədə, əziz qardaşım, sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana, Vətəninizə xoş gəlmisiniz".

Sabahinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Sizi prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, bu qələbədən iki həftə sonra Azərbaycana dövlət səfərinə gəlmisiniz”, - deyə Azərbaycan Prezidenti əlavə edib.