İlham Əliyev İmaməli Rəhmanı Bakıya dəvət etdi

Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycana dövlət səfərinə dəvət olunub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 18-də Tacikistanın yeni səfiri İlham Abdurəhmanın etimadnaməsini qəbul edərkən bildirilib.

Səfir Tacikistan Prezidenti İmaməli Rəhmanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident İmaməli Rəhmanı Azərbaycana dövlət səfərinə dəvət edib.