İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşıladı - VİDEO

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

Sabahinfo.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı R.T.Ərdoğanı qarşılayıb.