İlham Əliyevlə Paşinyanın görüşü olacaq?

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan liderləri səviyyəsində görüş planlaşdırılmır. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasından olan deputat Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirəm ki, Azərbaycanda seçkilər bitənə qədər belə bir görüş olmayacaq. Diplomatlar həmişə işləməlidirlər, çünki işləməsələr, toplar mütləq və qaçılmaz olaraq atəş açacaq", - deyə erməni deputat qeyd edib.