İlhamə Quliyeva Elnurdan danışdı

Elnur Hüseynovun "O səs Türkiyə” teleproyektində möhtəşəm qələbəsi estradamızın ən sanballı simalarını belə biganə qoymayıb.  Respublikanın Xalq artisti İlhamə Quliyeva onun uğuru barədə bunları söylədi: "Elnur çox istedadlı mügənnidi. Və əlbəttə mən cox şadam ki, o belə bir reytinqli proektdə qalib gəldi. Bir çox digər müğənnilərmizdən fərqli olaraq, Azərbaycanın əsl piarını məhz Elnur etdi. Onlar Türkiyədə telekanalların heç bir sanballı verilişlərinə düşə bilməyib, ancaq deyirlər ki, məni çağirdılar, amma getmədim. Axı siz burda kimə lazımsınız ki, orada da kiməsə lazım olasız? Lakin belə bir istedada bizim şou-biznes kömək etməyə borcludur. İstərdim ki, telekanallarımızda onu daha çox görək. Qoy Azərbaycanda da onun piarı layiqincə və lazımi qədər olsun."