“İnan mənə” paytaxt teatrsevərlərini də inandırdı

Azərbaycan yazıçısı və dramaturqu, rejissor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” pyesi əsasında hazırlanan tamaşası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Qazax Dövət Dram Tetarının yaradıcı heyətinin sentyabrın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində ifa etdiyi tamaşa paytaxt sakinlərinin, teatrsevərlərin böyük marağına səbəb olub.  

Ağalar müəllimdən təəssüratlarını bölüşməyini xahiş etdik. Məmnuniyyətlə cavablandırdı:  

  • Bu əsəri yazmışam deyə çox gözəl hisslər keçirirəm. O vaxt baş verənlər gözlərimin qarşısında canlandıqca, mənə pis təsir edir istər - istəməz.  O hadisələri yaşamışam, yaşayıb yazmışam, ona görə də xatırladıqca mənə doğurdan da bir az çox ağır gəlir. Mən kolektivimə minətdaram ki, gözəl bir tamaşanı oynadılar.  Bütün içtirakçılar hamısı  əllərindən gələni elədilər ki,  tamaşa çox yaxşı alınsın, maraqlı alınsın.  Şadam ki, çox gözəl tamaşa oynadıar.  Əsas odu ki, günün, zamanın tələbinə uyğun əsərdi və buna görə kollektiv çalışdı ki, hər şey çox yaxşı alınsın. Başda rejissor, əməkdar artist, sənətşünaslıq üzrə fəsəfə dokroru Xəzər Gəncəli olmaqla, teatrın baş rejissoru Musa müəllim olmaqla, əsas rolların ifaçılarına, ümumiyyətlə, bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Əllərindən gələni əsirgəmədilər ki, hər şey tamaşaçıların ürəyincə olsun.
  • Təşəkkür edirik ki, gəldiz, paytaxtımızda belə bir teatr göstərdiniz. Son vaxtlar cəmiyyətdə bəzi yazıçılarımıza qarşı tənqidi fikir formalaşıb. Amma Siz sübut etdiniz ki, yazıb-yaratmağa gözəl mövzular var və olacaq.
  • Mən də ümud edirəm ki, Ulu Öndər Heydər Əliyevin arzularının həyata keçdiyi, cənnət Qarabağın işğaldan tam azad edildiyi müasir dövrümüzdə və bundan sonra hər şey yaxşılığa doğru gedəcək.

Qeyd edək ki, müəllifin keçən əsrin səksəninci illərin sonlarında qələmə aldığı “İnan mənə” pyesi yerli dramaturqlar uçün təsis olunmuş müsabiqədən qalıb çıxaraq, Moskvaya növbətı müsabiqəyə göndərilmiş və bu pyes ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 pyesin arasından yüksək savadlı, geniş təfəkkürlü, tələbkar münsiflər üzvləri tərəfindən seçilərək, 3- cü dərəcəli mükafata layiq görülmüşdür.

Müxtəlif teatrların səhnəsində uğurla tamaşaya hazırlanmıs bu pyes paytaxtda ilk dəfədir ki, səhnələşdirilib.

Söhbətləşdi: Elnarə Həziyeva