"İnsan aclığa dözə bilər, sevgisizliyə yox" - Mətanət İsgəndərli

"Allah bizi maskalı insanlardan uzaq etsin. Şou-biznesdə o qədər maskalı adam var ki. İnsanları tanıdıqca, tənhalığı daha sevdim".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Özəl" proqramında deyib. Sevgidən danışan müğənni bunları əlavə edib:

"İnsan aclığa dözə bilər. Amma mənəvi qidasız qala bilməz. İnsana mənəvi qida, sevgi lazımdır. Studiyada mahnı oxuyanda hamını çıxardıram. İşıqlar sönür və gözümü yumub öz dünyama qapanıram. Biz də Allahın yazıq bəndələriyik. Nə edək...".

Son vaxtlar adı qalmaqallarda hallanan M.İsgəndərli "Məni zorla dartıb gətirirlər qalmaqala. Qalmaqal yadda qalmayacaq. Beş gündən sonra unudulacaq. Heç kimə lazım deyil" sözlərini söyləyib.