İnsan alverinə qarşı mübarizədə institusional güc: Milli Təlim Modulu

İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, ictimai təşkilatların və peşəkar mütəxəssislərin birgə fəaliyyətini dəstəkləmək məqsədilə hazırlanmış “Milli Təlim Modulu”, sistemli və koordinasiyalı təlim yanaşmasını formalaşdırmaqla insan resurslarının bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Təlim modulunun hazırlanması “İnsan alverinə qarşı mübarizə üzrə  QHT Koalisiyanın 2025-ci il iş planı” əsasında aparılmış və bu sahədə institusional potensialın gücləndirilməsi istiqamətində əsas alətlərdən biri kimi nəzərdə tutulmuşdur.

Modulda insan alverinin formaları, yeni çağırışlar və rəqəmsal istismar növləri, qurbanların psixoloji xüsusiyyətləri, aşkarlanma və müdaxilə üsulları, eləcə də reabilitasiya prosesləri nəzəri və praktiki aspektlərdə əhatə olunmuşdur. Bu təlim modulu həm də dövlət–QHT əməkdaşlığı çərçivəsində hazırlanmış ilk təkmil təlim moduludur.