İnsanlara sevinc bəxş edən başçı

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə və Samuxla, şərqdə Goranboyla, cənubda Kəlbəcərlə, cənub-qərbdə Daşkəsənlə, qərbdə isə Şəmkirlə həmsərhəddir. 39 kəndi olan rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Lakin son illər rayon sakinlərinin bir qismi dövlət başçısının qayğısı ilə inkişaf etdirilən kənd turizmindən gələn gəlir hesabına dolanışıqlarını təmin edirlər. Bunun əsas səbəblərindən biri ən ucqar kəndlərə yeni yolların çəkilməsi, su, qaz, enerji təminatında yaradılan layihələrin icrası olmuşdur. Yaradılan infrastrukturdan bəhrələnən kəndlərin sakinləri istər yerli və istərsə də xarici turistlərin qəbulunda heç bir çətinliklə qarşılaşmırlar.

 

Sakinləri narahat edən problemlər öz həllini tapır

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə əhalini narahat edən problemlər tədricən aradan qaldırılır. Göygöl rayonu Xaqani kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin daxili imkanları hesabına kənddaxili yolun 110 metr hissəsində təmir işləri aparılmış və həmin yola işlənmiş asfalt örtüyü tökülmüşdür.
Eyni zamanda rayonun Əlimədədli kəndində də daxili imkanlar hesabına özəl pay torpaq sahələrinin suvarılmasında istifadə olunan su arxının 600 metr hissəsi gildən təmizlənərək sakinlərin istifadəsinə verilmişdir.

Şəhid ailələri və qazilə diqqət mərkəzində
 

Göygöl rayonundan olan Vətən müharibəsi şəhidləri İsgəndərov Əsəd Bəybala oğlu və Tağıyev İmdad Rövşən oğlunun ikinci ildönümləri məzarları başında qeyd edilib və ailələri ziyarət olunub. Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin ediblər.
Xatırladaq ki, İsgəndərov Əsəd Bəybala oğlu 27 oktyabr 1990-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1997-ci ildə İ. Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2008-ci ilin oktyabr ayından 2009-cu ilin may ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamış, 2012-ci ildən Ağcabədi rayonunda yerləşən digər “N” saylı hərbi hissədə gizir kimi xidmətini davam etdirib. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Əsəd İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olub, 2 övladı var.
Tağıyev İmdad Rövşən oğlu 25 aprel 2002-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur. 2009-cu ildə Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir.2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin may ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İmdad Tağıyev 3 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.


Görülən bu işlərlə yanaşı rayon rəhbərliyi şəhid ailələri və qaziləri daim ziyarət edir, onların problemləri ilə maraqlanırlar. Belə görüşlərdən biri 12-14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə Ermənistan Respublikası sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi silahlı toqquşma nəticəsində sağ ayağının daban nahiyəsindən qəlpə yarası almış əsgərimiz Rüstəmov Əli Arif oğlu Göygöl rayonunun Topalhəsənli kəndindəki evlərində ziyarət edilmişdir. Ziyarətdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev,
Toplhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Azad Abbasov və kənd bələdiyyəsinin sədri Validə Hacıyeva iştirak etmişlər.
Xatırladaq ki, Rüstəmov Əli Arif oğlu 21 fevral 2004-cü ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırilmişdır. Məlum hadisələr zamanı sağ ayağının daban nahiyəsindən qəlpə yarası alan Əli Rüstəmov Gəncə şəhərindəki hərbi hospitalda müalicə olunduqdan sonra məzuniyyət alaraq rayonun Topalhəsənli kəndindəki evlərinə gəlmişdir. Məzuniyyət müddəti bitdikdən sonra o hərbi xidmətini davam etdirmək üçün hərbi hissəsinə qayıdacaqdır.

Elvin Paşayevin səyyar görüşləri


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin mütəmadi olaraq sakinlərlə görüşlər keçirir. Bir zamanlar kreslosunda oturub işləri icra edən, ona-buna göstəriş verən icra başçılarını sadə vətəndaşlar arasında olan, onlarla maraqlanan icra başçıları əvəz eedir ki, Elvin Paşayev də bu icra başçılarındandır. Hətta sentyabr ayında erməni təxribatı zamanı Göygöl rayonuna gətirilən yaralılarla yaxından maraqlandığının şahidi olmuşam. Bununla yanaşı E.Paşayev vətəndaşalrla mütəmadi olaraq görüşlər keçirir. Onları dinləyir və problemlər yerində cə həll olunur. Onu xüsusi qeyd etmək istəyirəm ki, E.Paşayev rayona rəhbər təyin olunandan bu yana vətəndaşların simalarında sevinc hissi yüksəlib.
Bununla yanaşı davamlı olaraqq görüşlər keçirən başçı növbəti görüşünü Aşıqlı kənd tam orta məktəbdə kənd sakinləri ilə səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin su təminatının və sanitar təmizliyinin yaxşılaşdırılması, məktəbin qarşısında yol nişan keçidinin qoyulması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
 

SƏHİYYƏ ocağında isti nəfəs

Ümumilikdə Göygöl rayonunda vətəndaşlara layiqincə xidmət edən məmurlar çoxluq təşkil edir. Bu məmurlardan biri də Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyedir. O, müəssisəyə rəhbərlik edəndən sonra ciddi yişiklər baş verib. Vasif həkim həm tibbi xidmətin yaxşılaşdırılması, həm peşəkar kadrların təcrübələrindən yararlanması həm də müəssisəsinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində atdığı addımlar nəticəsində ciddi uğurlar əldə olunub. Bir müddət xəstəlik səbəbindən Bakıya, yaxın Gəncəyə üz tutan Göygöl rayon sakinləri artıq rayonun özündə müalicə və müayinə olunurlar. Həkimlərə etibar edirlər.
Göygöl Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsi xəstəxanaya müraciət edən ambulator xəstələrin müvafiq otaqlarda müayinə olunmasını təmin edən şöbədir. Poliklinika şöbəsində bütün xəstələrin həkimlər tərəfindən müayinə olunması üçün qəbul otaqları ayrılmışdır. Xəstələr müraciət otağında qeydiyyatdan keçdikdən sonra müvafiq xəstələr üçün ayrılmış otaqlarda həkimlər tərəfindən müayinə olunur. Şöbədə 30 həkim otağı – EEQ, Manipuliyasiya, EKK, Terapevtlər, Pediatrlar, Kardioloq, Cərrahlar, Otorinolorinqoloq, Travmotoloq, Oftalmoloq, Nevropatoloqlar, Uşaq nevroloqu, Stomotoloqlar, İnfeksionist, Ginekoloqlar, Psixoloq, Endokrinoloq həkimlər tərəfindən əhaliyə yüksək səviyyəli xidmət göstərilir.

Yusif Xancanov
Göygöl rayon Ağsaqqalı