İran və Ermənistanın Təhlükəsizlik Şurası katiblərinin telefon danışığı oldu

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın telefon danışığı olub.

Sabahinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Əli Əkbər Əhmədian bildirib ki, diplomatiya və dialoq ölkələr arasında münaqişələrə son qoymaq üçün ən yaxşı variantdır.

Onun sözlərinə görə, İran bütün region ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.