İŞİD-dən növbəti "şou"

Terror təşkilatı İŞİD girov peşmərgələrin görüntülərini yayıb. 21 peşmərgə yanvar ayının 30-da Kərkükün cənubunda terrorçuların hücumuna məruz qalaraq İŞİD-ın əlinə keçib. İŞİD-ın yaydığı video görüntülərdə peşmərgənin üzərində narıncı rəngdə məhbus geyimi var. Onlar ayrı-ayrı qəfəslərə salınb və reportaj verirlər. Girovlar daha sonra dəmir barmaqlılıqdar arxasından çıxarılmadan pikap maşınlarla Kərkükün 44 km cənubundakı Havicə rayonunda xalq arasında gəzdirilirlər. Onların edam edilib-edilmədikləri hələ bəlli deyil.