İŞİD lideri ölüb?

Koalisiya qüvvələrinin hücumları zamanı İŞİD-in yüksək rütbəli komandirləri öldürülüb. Ölənlər arasında terror təşkilatının liderləri, o cümlədədn Əbubəkr əl Bağdadinin də olduğu iddia edilir.  Koalisiya qüvvələri İraqın Suriya sərhədində olan El Qaim qəsəbəsində terrorçulara ağır zərbələr vurublar.  İŞİD lideri Əbubəkr əl Bağdadinin hücumlar zamanı bölgədə olduğu deyilir. İddiaya görə, Bağdadi hava hücumları nəticəsində yaralanıb və ya ölüb. Ancaq bununla bağlı hələlik dəqiq bir məlumat yoxdur.  Hava hücumları zamanı İŞİD-in nəzarəti altında olan beş bölgə bombalanıb. Hücumlar nəticəsində 17 terrorçu öldürülüb, 29 nəfər yaralanıb. 

Qeyd edək ki, bundan öncə də bir necə dəfə Bağdadinin öldürülməsi haqqında xəbər yayılmışdı.