İskenderun limanındakı yanğın söndürüldü

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra İskenderun limanında  yaranmış yanğın söndürülüb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“Bölgədə dənizçilik fəaliyyətlərinin icrasına başlanılıb”, - deyə qurumdan bildirilib.