İsmayıllı RİH-də YENİ TƏYİNAT

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Sabahinfo.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllı rayonunda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin “Sosial sahələrin İqtisadiyyatı “ üzrə magistr təsili alıb. 2012-2016-cı illərdə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 elmi məqalənin müəllifidir.

20 iyun 2006-cı ildən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı rayon şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

Ailəlidir, 1 övladı var.

Bu gün Eyyub Musayev İsmayıllı RİH kollektivinə təqdim olunub.