İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sabahinfo.az xəbər verir ki, hadisə bu gün saat 8:00 radələrində İsmayıllı-Ruşan yolunda qeydə alınıb. 31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı rayonun Kürdmaşı kənd sakinləri, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. /Unikal.az