İsmayıllıda tədbir - FOTOLAR

24.05.2022 ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən kitabxana filialının birgə təşkilatçılığı ilə "26 İyun Silahlı Qüvvələr günü" nə həsr olunmuş Vətən muharibəsi qazilərinin,veteran və zabitlərinin iştirakı ilə tədbir keçirmişdir.

 Tədbirin keçiriliməsində məqsəd “26 iyun Silahlı Qüvvələr Günü” nü Vətən muharibəsi qəhrəmanları ilə birgə yad etmək və onların Vətən muharibəsində qazandığımız qələbəmizi öz dillərindən dinləməkdir.

Keçirilən görüşdə qəhrəman qonaqlarımız Heydər Əliyev Mərkəzində hazırlanmış "Silahlı qüvvələr günü" sərgisi ilə tanış olmuş və Asif Aslanovun müşayəti və Xudayar Balakişiyevin ifasında "Xudayar təsnifini" dinlənmişdir, daha sonra Vətən uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmiş və qəhrəman qonaqlarımızın vətənə olan şərəfli xidmətləri haqqında hazırlanmış videoçarx izlənmişdir. Çay süfrəsi arxasında davam edən görüşdə qəhramanlarımız öz döyüş yolları və qələbəmiz haqqında öz təsuratlarını bölüşmüşlər. Və sonda çəkilən xatirə fotosu ilə toplantımız başa çatmışdır.