İspaniyanın Baş naziri Pedro Sançes Madridin Kiyevə 2 milyard avrodan çox müxtəlif yardım ayırdığını açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında bildirib.
O qeyd edib: "Biz Ukraynaya hərbi yardım da daxil olmaqla, hər cür yardım şəklində 2 milyard avrodan çox vəsait ayırmışıq".
Noyabr ayında da Madriddə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Sançes Kiyevə 615 milyon avro dəyərində yeni hərbi yardım paketi vəd etmişdi.