"İsrail atəşkəslə razılaşmayacaq" - Netanyahu

İsrail atəşkəslə razılaşmayacaq.

Sabahinfo.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu qeyd edib ki, HAMAS və İrandakı terror qrupları ilə döyüşən İsrail dünya sivilizasiyasının düşmənləri ilə mübarizə aparır.

İsrail atəşkəslə razılaşmayacaq, çünki bu, HAMAS-la mübarizədə, terror qarşısında məğlubiyyət demək olardı.

Netanyahu həmçinin sivil ölkələri İsraili dəstəkləməyə çağırıb.