İsrail ordusu HƏMAS-ın komandirini ÖLDÜRÜB

İsrail ordusu HƏMAS-ın komandirlərindən biri olan Heitham Huvajarini öldürüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, Heitham Huvajari HƏMAS-ın Şati batalyonunun komandiri idi.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.