İsrail ordusu itkilərinin sayını açıqladı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha iki əsgərini itirib.

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, əsgərlər Qəzzanın şimalında öldürülüb. Bölgədə quru əməliyyatının başladığı 27 oktyabrdan bəri HƏMAS ilə döyüşlərdə 68 İsrail əsgəri həlak olub. Oktyabrın 7-dən bəri ordunun ümumi itkiləri 380 nəfəri ötüb.