İsraildə qanlı olay: 4 nəfər ticarət mərkəzində öldürüldü

İsrailin Beer-Şeva şəhərində yerləşən ticarət mərkəzində ərəb əsilli vətəndaşın bıçaqlı hücumu nəticəsində dörd israilli ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.