"İstinad hüququ pozulursa, MEDİA-ya müraciət edilməlidir" - Əhməd İsmayılov

"İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir".

Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib. 

Ə.İsmayılov bildirib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir. 

“Əgər jurnalist görür ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentıiyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Medianın İnkişafı Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”.(unikal)