İsveçdə Quranın yandırılmasına etiraz edən şəxslər küçələrdə avtomobillərə od vurublar - VİDEO

İsveçin Malmö şəhərində Quran kitabının yandırılmasına etiraz olaraq keçirilən etirazlar iğtişaşlara çevrilib.

Bu barədə İsveç mətbuatı xəbər verir.

Qeyd olunur ki, Quranın təhqir olunmasından hiddətlənən bir qrup şəxs küçələrdə zibil qutularına, avtomobillərə od vurub.

İğtişaş yerinə polis qüvvələri cəlb ediləndən sonra isə etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar başlayıb.