"İxtisaslaşdırılmış müalicə müəssisəsi" komandası növbəti mərhələdə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Penitensiar xidmətdə ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında Xidmətin şəxsi heyəti arasında təşkil olunmuş mini futbol turnirinə start verilib.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin guşəsi və şəhidlərin abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirələrini yad etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Mühafizə alayının Xüsusi təyinatlı bölüyünün komandir müavini kikboksinq idman növü üzrə dünya və Avropa çempionu, İslam Oyunları mükafatçısı ədliyyə kapitanı Arzuman Qədimovun üç rəngli Azərbaycan bayrağını dalğalandırması ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Bu futbol yarışında  Nazirliyin "İxtisaslaşdırılmış müalicə müəssisəsi"nin komandası iştirak edir. Hüseyinli Vüqar İlyas oğlunun rəhbərliyi altında yarışa qatılan komanda 8-z kalonu ilə görüşdə 2-1 qalib gəlib. Digər oyun isə 4-1 hesabla başa çatıb.

Qeyd edək ki, komandada Əhmədov Nəriman  Murad oğlu, Quliyev Əkbər Rəhbər oğlu, İsmayıov Samir Səddrədin  oğu, İsayev Namaz  Fəxrəddin oğlu, Bəhramlı Bəhram  Azər oğu, Abdulayev Sarvan Ayaz oğlu, Həsənov Səxavət Ədalət oğlu, Hüseynov Vüqar Seyran oğu iştirak edir. 

SABAHİNFO.AZ olaraq komandaya qarşıdakı oyunarda uğur boll şans arzu edirik.

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının baş redaktor müavini