“Jirinovski və onun havadarları məğlubiyyətlə barışıb”

Sərsəmləmə siyasətçi üçün qəbahətdir. Özünə hörmət edən siyasi lider hər çıxışını düşünməli, planlamalı və ondan sonra o “mübarək” ağzını açmalıdır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bir sıra siyasi liderlər sərsəmləməni artıq özlərinə prioritet seçib. Yəni, onlar bu yolla həm gümdəmə gəlmə, həm gümdəmdə qalma, həm də müəyyən dividentlər qazanmaq istəyir. Söhbət Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovskidən gedir. Hər zaman antiAzərbaycan bəyanatları ilə seçilən bu siyasətçi son açıqlaması ilə yenə sərsəmləyib. O, Azərbaycanı rus əsgərləri ilə hədələyib. Əslində onun bu fikirlərinin siyasi çəkisinin olmadığı gün kimi aydındır. Məsələ orasındadır ki, indiki məqamda onu belə açıqlama verməyə nə vadar edir? Arxivi söyüşlərlə dolu olan bu siyasətçinin bundan dividenti nədir.

Rekord sayda Rusiyada keçirilən prezident seçkilərinə qatılan, hər seçkidə də topladığı az səs sayları ilə gündəm olan Jirnovski Azərbaycanla bağlı dediyi fikirlər məlum məsələdir ki, hansısa siyasi qurum tərəfindən ortaya atılıb. Bu o qüvvədir ki, ölkəmizin qazandığı nəaliyyətləri qəbul etmir, regionda söz sahibinə çevrilməsini həzm etmirlər. Bu qüvvələr hər zaman olub və olacaq. Onların sözlərini dedirdəcək siyasətçilər də var. Ancaq siyasi konnekturada lider öz mövqeyini sərgiləməlidir. Kiminsə diqtəsi, kiminsə kuklası olmasın. Təbii ki, Jirnovski kukla olmağı çoxdan öz üzərinə götürüb və görünən odur ki, bu işi çox gözəl yerinə yetirir. Buna görə də, “sahibləri” vaxtaşırı yaşına, başına hörmət etməyən Jirnovskini gündəmə gətirirlər.

Jirnovskinin Rusiyada Prezident seçkilərinə qatılan rekordmen siyasiçi olduğunu əbəs yerə qeyd etmədim. Statistik göstəricilərə nəzər salanda aydın olur ki, bu məxluqun topladığı səs faizləri hər seçkidə durmadan azalır. Bu isə cəmiyyətdə Jirnovski kimi adamlara yer olmadığını, onun fikirlərinin heç bir siyasi çəkisinin qalmadığını göstərir. Belə olan halda Jirnovskinin dividenti nə ola bilər?

Jirnovski də bilir ki, Azərbaycanın müstəqilliyi heç zaman müzakirə mövzusu ola bilməz. Məhz bu məsələ ilə gündəmə gəlməklə siyasi nüfuzunun yüksələcəyinə ümid edən Jirnovski və onun havadarları yaxşı bilir ki, məhz Cənab Prezident İlham Əliyevin də iştirakçısı və qurucusu olduğu yeni siyasi düzəndə onlara yer yoxdur. Bu düzən regiona yeni nəfəs gətirəcək. Baxışları, yanaşmaları dəyişəcək.

İltizam Yusifov

Milli Məclisin deputatı