Kadırov Zelenskiyə iş təklif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Zelenskiyə televiziyada yarımştat işləməyi təklif edib.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

"Zelenski müqaviməti dayandırmaq və sülh danışıqları masasına əyləşmək çağırışımıza cavab verən kimi ona belə bir fürsət verəcəyik. Hərbi əməliyyat başa çatdıqdan sonra Ukraynanın keçmiş prezidenti hardasa pul qazanmalı olacaq və Əyyub (Ukraynada döyüşən çeçen) ona Çeçenistanın Şən və Hazırcavablar Klubunun milli komandasının tərkibində oynamaq şansı verməyi xahiş edir”, - Kadırov bildirib.

O əlavə edib ki, təklifi məhdud müddətə keçərlidir, çünki sonra çox gec olacaq.