Kadırovu tənqid edən çeçen bloger ÖLDÜRÜLDÜ

İsveçdə naməlum şəxslər Çeçenistan hökumətinin tanınmış tənqidçisi, bloger Tumso Abdurahmanovu qətlə yetiriblər.

Sabahinfo.az xəbər verir ki, bu barədə çeçen müxalifətinin 1ADAT Telegram kanalı məlumat yayıb. 

"Tumso gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib və hazırda qətlin təfərrüatları dəqiqləşdirilir", - kanal yazıb. 

İsveç hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, Tumso Abdurahmanov Çeçenistan hökumətini tənqid etməsi ilə tanınır. 2015-ci ildə o, Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə münaqişə etdikdən sonra ölkəni tərk edib. O, İsveçdə siyasi qaçqın statusu alıb. Çeçenistanda Abdurahmanov İslam Dövləti ilə əlaqədə ittiham olunur. 2020 və 2021-ci illərdə artıq Abdurahmanov və onun qardaşı Məhəmmədin həyatına cəhd edilib. 2021-ci ilin dekabrında Tumso Abduraxmanov doqquz qohumunun Çeçenistanda oğurlandığını bildirdi.(unikal)