Kamil Zeynallı Ermənistanın tələbi ilə Rusiyada SAXLANILDI - VİDEO

İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. 

Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. 

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. 

Kamil Zeynallı sabah hakim qarşısına çıxarılacaq.